Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Salyanda baş vermiş yol qəzası ilə bağlı cinayət işi açıldı - TƏFƏRRÜAT

875
Paylaş:
Salyanda baş vermiş yol qəzası ilə bağlı cinayət işi açıldı -     TƏFƏRRÜAT

Salyanda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.


Pravda.az-ın xəbərinə görə, aprelin 8-si saat 23 radələrində Axundov Mehman Vaqif oğlu idarə etdiyi “Ford Fusion” markalı, 99-OT-432 dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçala-Salyan avtomobil yolu ilə Salyan şəhəri istiqamətində hərəkətdə olan zaman piyada Məlikov Sərdar İldır oğlunu vurub.


Nəticədə piyada aldığı xəsarətdən 09 aprel 2023-cü il tarixdə saat 03:00-da həmin xəstəxanada ölüb.


Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər