190 manat məbləğində birdəfəlik ödəməni almaq istəyən ayrı-ayrı insanlar bizə müraciət edirlər ki, məşğulluq mərkəzləri zənglərə cavab vermir. Xeyr, bu, belə deyil, məşğulluq mərkəzləri bütün telefon zənglərinə cavab verir. Ancaq vətəndaşların müraciətləri çox olduğundan telefonlar məşğul ola bilər. Buna görə də vətəndaşlar məşğulluq mərkəzlərinə çox tez-tez zəng etsinlər.
Pravda.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:
“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.