“Elgizlə izlə” verilişində hamilə olduğu deyilən 64 yaşlı iştirakçı Həqiqət xanım onu qınayanlara cavab verib.
Pravda.az xəbər verir ki, Həqiqət xanım bu haqda sosial şəbəkədə paylaşım edərək insanlara cavab verib:
“Camaatın bu paxıllığı olmasa, necə olardı görəsən? Həqiqət xanım sağlam xanımdır, siz niyə mənim üçün narahat olursunuz? Hamı deyir ay haray, hamilə qaldı... Yaxşı etmişəm! Əccəb etmişəm! Allah verən paydır. Mən gedib oğurluq etməmişəm, kiminsə çörəyinə bais olmamışam, kiminsə evini yıxmamışam. Məndən nə istəyirsiniz?! Yaxşı edirəm, bacarana can qurban! Laızm olacaq, üzə çıxacaq, lazım olmayacaq Allah nə desə, o da olacaq. Sizi indidən niyə sancı tutub? Erməni deyiləm ki, Azərbaycan xanımıyam, nə olsun, bu, fərəhdir, şan-şöhrətdir. Daha yaxşı, vətəndaşın biri də artar. Burada nə var ki? Bu məsələdə biabırçılıq olan nə var?”