Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun bu gün parlamentin plenar iclasında ölkəyə gətirilən dərmanların keyfiyyəti və bahalığı barəsində çıxışı müzakirə yaradıb. Bildirilir ki, dərmanların ölkəyə gətirilməsində monopoliya olduğu hər kəsə bəllidir və bununla elə Siyavuş Novruzovun həmkarları Kəmaləddin Qafarov, Cavanşir Feyziyevin məşğul olduğu da məlumdur. Deputat Siyavuş Novruzov çıxışı zamanı həmkarlarının adını çəkmədiyinə görə tənqid edilir.
S.Novruzov isə Pravda.az-a açıqlamasında deyib ki, Kəmaləddin Qafarov və Cavanşir Feyziyevin ölkəyə dərman gətirmələri barədə məlumatı yoxdur.