“Araz Supermarket” MMC bəzi marketlərdə verilən qəbzlərdəki QR kodun oxunmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Mağazalar şəbəkəsinin rəsmi nümayəndəsi Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, müştərinin alış-veriş qəbzindəki QR kodun oxunmaması ilə bağlı şikayətinə əsasən araşdırma başladılıb.
“Bütün mağazalarımızda çek printerlərə baxış keçirilir. Çatışmazlıq olan printerlər dərhal dəyişdiriləcək. Xatırladım ki, Vergi Məcəlləsinin tələb etdiyi qaydalara əsasən, alıcılar alış-verişdən sonra əldə etdikləri qəbzin üzərində olan fiscal İD və ya QR kodu edvgerial.az portalına daxil edərək keşbek qazanırlar. Bəzi şərhlərdə qeyd edilən ƏDV-nin yüklənmədiyi halda marketə mənfəət olaraq geri qayıtması fikri həqiqətə uyğun deyil. Biz müştərilərimizin xidmət və məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayır, onları narahat edən məqamlarla bağlı bizi məlumatlandırdıqları üçün təşəkkür edirik. Mağazalarımızda qarşılaşdığınız istənilən problemlə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşmağınızı xahiş edirik”.
Aytəkin Qardaşova