Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ana və oğulu öldürən şəxsdən xəbər var

918
Paylaş:
Ana və oğulu öldürən şəxsdən xəbər var

Şabran rayon Məhkəməsində ana və oğlunu güllələyərək qətlə yetirən şəxslə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb.

Pravda.az-ın xəbərinə görə, təqdimat əsasında təqsirləndirilən Nahid İslamov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, aprelin 11-də Şabranın Zeyvə kəndində 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə həmkəndliləri 1963-cü il təvəllüdlü  Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir.APA

Paylaş:

Ən son xəbərlər