Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

"Hər şey sevgilimin nəzarəti altında olur" - Mina

1 068
Paylaş:
"Hər şey sevgilimin nəzarəti altında olur" -       Mina

Müğənni Mina Hüseyn yeni sevgilisi barədə açıqlama verib.

İfaçı "MTV Maqazin" proqramına Ümrə ziyarətində tanış olduğu sevgilisindən danışıb:

"Allaha şükür, hər şey yaxşıdır. Xoşbəxtəm. Cəmi bir aydır tanışıq. Ona görə də hələ ağız dolusu danışa bilmirəm.

Münasibəti rəsmiləşdirmək hələ tezdir. Biz hələ bir-birimizi tanıyırıq. Ona görə də toy haqqında danışmaq tezdir. Ümumiyyətlə, onun haqqında çox danışmaq istəmirəm. Qısaca demək istəyirəm ki, çox xoşbəxtəm”.

Mina sevgilisinin ona heç bir qadağa qoymadığını qeyd edib: "Heç bir qadağası yoxdur. Çox qəşəng, sağlam, gözəl düşüncələri olan insandır. Əsas odur ki, məni çox sevir, çox diqqət edir. Ən əsası hörmət edir. O bilir ki, mən müğənniyəm və hər yerdə də olmalıyam. Təbii ki, hər şey onun nəzarəti altında olur”.

Paylaş:

Ən son xəbərlər