Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ekspert: Beynəlxalq təşkilatlardan hərbçimizə verilən işgəncə ilə bağlı reaksiya gözləyirik

710
Paylaş:
Ekspert: Beynəlxalq təşkilatlardan hərbçimizə verilən işgəncə ilə bağlı reaksiya gözləyirik

Xəbər verdiyimiz kimi, itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb. Sözügedən görüntülər sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanıb. Bildirilir ki, Ermənistan tərəfinin hərbçimizlə bu cür davranışı hərbi cinayətdir və rəsmi İrəvan hərbçilərimizin təhlükəsizliyinin təmin edilmədiyinə görə cavab verməlidir.

Hərbi ekspert Ramil Məmmədli də Pravda.az-a açıqlamasında bildirib ki, Ermənistan işgəncə və soyqırımı törətmək üzrə ixtisaslaşmış ölkədir.

“Onlardan bundan başqa nəsə gözləmək mümkün deyil. Təbii ki, bu cür hallara qiymət verilməlidir. Qısa zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsir hərbçilərimizlə görüşməli, onların Azərbaycana gətirilmələri üçün lazımi tədbirlər həyata keçirilməlidir. Bu halların qarşısı tez zamanda alınmalıdır. Beynəlxalq təşkilatlardan reaksiya gözləyirik”, - o deyib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər