Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Aztəminatlı ailələrin NƏZƏRİNƏ

1 553
Paylaş:
Aztəminatlı ailələrin     NƏZƏRİNƏ

Həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakı və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

İqtisadiyyat Nazirliyindən Pravda.az-a verilən məlumata görə, aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, "Azərmaş" ASC ərzaq bağlamalarının çatdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

Paylaş:

Ən son xəbərlər