ANS-in keçmiş əməkdaşı axtarışa verilib.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, ANS-in əməkdaşı olmuş Həbib Qərib oğlu Ovçuyev Cinayət Məcəlləsinin 234-cü (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir.