Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Mir Cəlal Paşayevin büstü hazırlandı - FOTO

1 459
Paylaş:
Mir Cəlal Paşayevin büstü hazırlandı -         FOTO

Gənc heykəltaraş Elxan Zeynalov XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibətilə onun büstünü hazırlayıb.

Bu barədə Pravda.az-a məlumat verən E.Zeynalov bildirib ki, Mir Cəlal Paşayevin büstünü bir ay ərzində ərsəyə gətirib.

“Daha çox şəhidlərimizin büstünü hazırlayıram, amma çalışıram tanınmış şəxsiyyətlərimizə də yaradıcılığımda yer ayırım. Bu il 115 illiyi tamam olan ədibimizə Allahdan rəhmət diləyir, əziz xatirəsinə həsr etdiyim büstünü böyük şərəf və qürur hissi ilə təqdim edirəm. Büstün Gədəbəydə qoyulması ehtimalı var. Bu barədə artıq Gədəbəy rayon icra başçısına müraciət etmişəm. Amma hələ cavab almamışam”, - o deyib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər