“Rayonlarda tədbirlərdə olmuşam, ona görə İsa Qəmbərin oğlunun qondarma erməni soyqırımı ilə bağlı paylaşımına reaksiya verməmişəm. Bunu eşidəndə, sözün düzü, inanmadım. Hər halda İlkin Qəmbər öz atasını düşünməli idi. Başa düşə bilmirəm. İstənilən halda, böyük xələldir. Çox təəssüfedici haldır, narahatlıq hissi keçirirəm. Bu, İsa Qəmbərin hakimiyyətə mənəvi iddiasının belə üstündən xətt çəkir. Oğlu erməniləri dəstəkləyəndə İsa Qəmbəri kim müdafiə edər? Gərək, İsa Qəmbər heç olmasa oğlunun addımını kəskin pisləyərdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.