Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Pravda.az xəbər verir ki, Türkiyə prezidenti Vladimir Putinə Akkuyu Atom Elektrik Stansiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məlumata əsasən, prezidentlər Türkiyə-Rusiya münasibətləri və regional məsələlərlə yanaşı taxıl dəhlizi sazişi ilə bağlı müzakirələr aparıb.
Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusu alacaq.