Daxili işlər naziri Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.