"Ötən gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirildi. Ayın sonunda əfv siyahısının Prezidentə təqdim olunması gözlənilir. Qeyd edim ki, indiyədək keçirilən iclaslarda 1000-dən çox müraciətə baxılıb. Ancaq biz dəqiq bilmirik ki, həmin siyahıya kimlərin adı düşəcək".
Pravda.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi bildirib ki, gələn ay mərhum Prezident Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamında yüzlərlə insanın azadlığa buraxılması gözlənilir:
"Təbii ki, bizim monitorinq qrupu ancaq siyasi məhbuslarla məşğuldur: jurnalistlərdir, blogerlərdir, partiyaların ictimai fəallarıdır. Onların adını biz öz siyahımıza yazmışıq. Bundan başqa, bu il ömürlük həbs cəzasına məhkum olunmuş insanlar da azadlığa buraxılacaq.