Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının bəzi hərəkətləri ilə diqqət çəkib.
Belə ki, ittiham aktı elan olunan zaman “Xural Tv”nin baş redaktoru Əvəz Zeynallı qulağına salfet tıxayıb.
Bundan başqa, məhkəmə zalına gec buraxıldığı üçün Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə hakim arasında mübahisə düşüb. Məlahət Zeynallı prosesi pozduğu üçün hakim Əli Məmmədov ondan zalı tərk etməsini istəyib. Məlahət Zeynallı buna əməl etmədiyi üçün hakim özü zalı tərk edib.