Parisdə Eyfel qülləsinin ikinci mərtəbəsində ürəyi dayanan şəxs yerindəcə əməliyyat olunub.
Ziyarətçi qülləni gəzərkən ürək tutması keçirib. Çağırışa gələn tibb işçiləri təcili olaraq kişini əməliyyat etmək qərarına gəliblər. Xəstə ECMO (ekstrakorporeal membranın oksigenləşdirilməsi) əməliyyatından keçib.