““Formula-1” ölkənin reklamıdır. Özü də indiki vaxtda. Hamı bizim əleyhimizə olan vaxtda qoy görsünlər ki, Azərbaycan necə tədbirlər keçirə bilir. Təbii ki, “Formula-1” mənə də, hamıya da narahatlıq yaradır, yollarda tıxac olur. Amma bu, idman yarışıdır. İndi bir çox ölkələr “Formula-1”i keçirməkdən ötrü əlləşirlər, amma ala bilmirlər, biz almışıq. Müddəti 3 il uzadıblarsa, deməli, belə məsləhətdir, nə deyim?”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.