Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən 16 nəfər polis əməkdaşları tərəfindən həbs edilib.
Onlar dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitlərin satışını təşkil etməklə “kərimə dövlət”nin əlaqələrini dərinləşdirməyə çalışıblar. Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.