Xətai rayonu, Həsən Salmani küçəsi, 17 ünvanında “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib. “Qaynarinfo”a daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb.
Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərin sakinlərinin şəhər panoramını görməsinə maneçilik törətdiyi üçün bu tikilini söküblər. Görüntülərdən də aydın görmək olur ki, sözügedən binada qanunsuz işlər aparılır.