Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Niaqara şəlaləsinə gedən azərbaycanlılar faciəli şəkildə öldü

1 858
Paylaş:
Niaqara şəlaləsinə gedən azərbaycanlılar faciəli şəkildə öldü

Amerikada azərbaycanlılar yol qəzasına düşüb.

Hadisə Nyu-Yorkda qeydə alınıb.

Amerikaya gəzməyə gedən Bakı şəhər sakini, 58 yaşlı Kəmalə Əliyeva ABŞ vətəndaşı olan azərbaycanlı rəfiqəsi ilə birgə yol qəzasında ölüb.

K.Əliyevanın yaxınlarının Lent.az-a verdiyi məlumata görə, o, ABŞ-ın Texas ştatında yaşayan oğlugilə qonaq gedibmiş. K.Əliyevanın ABŞ-a gəldiyini xəbər tutan rəfiqəsi onu Nyu-Yorka dəvət edib.

Nyu-Yorka gedən K.Əliyevanı rəfiqəsi Niaqara şəlaləsinə aparmaq istəyib. Yol gedərkən onlar qəzaya düşüblər.

Hər iki azərbaycanlı yol qəzasında dünyasını dəyişib.

Paylaş:

Ən son xəbərlər