Rusiya Federasiyasının Dağıstan Respublikasında ağır yol nəqliyyat hadisəsi baş verib. 

Pravda.az-ın xəbərinə görə, respublikanın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza Levaşinski rayonunda, Buynaksk-Levaş magistral yolunun 20-ci kilometrliyində Urma və Kuletsma yaşayış məntəqələri arasında qeydə alınıb.

Qeyd edək ki, "VAZ-2110” və “Lada Priora” minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxs təcili yardım maşını ilə Levaşinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. APA