Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.
Bakıda axtarışda olan şəxs polislərə xəsarət yetirib
Pravda.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.
Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü R. Y və 1985-ci il təvəllüdlü Y. X-ya bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır./APA