Saatda sürətinin 90 kilometr/saat olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edilib.
Hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.
Sürücü iddia edir ki, “99-HL-216” dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən, yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş.
Amma ona bir neçə dəqiqədən sonra gedəcəyi ünvana çatdıqda radara düşməsi barədə “sms” gəlib.
“Sürücü iddia edir ki, o video görüntülərdə də sürətin 154 yox, hətta 90-dan aşağı olduğu görünür”.