Meksika millisinin sabiq futbolçusu Antonio Karbaxal vəfat edib.
Dünya çempionatlarının tarixinə düşən Karbaxal vəfat etdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yaydığı məlumata görə, keçmiş qapıçı 93 yaşında gözlərini əbədi olaraq yumub.
Karbaxal beş dünya çempionatında çıxış edən ilk futbolçu kimi tarixə düşüb. O, Meksika millisinin heyətində 1950, 1954, 1958, 1962 və 1966-cı il mundiallarında forma geyinib.