“Açıq-aydın görünür ki, Nəsimi rayonunda “3-cü mikrorayon bazarı” adlandırılan ərazidə uzun müddətdir, tikintisi dayandırılan dəmir konstruksiyalı binada paslanma gedib. Lakin hansısa fotoya, yaxud binanın xaricdən paslanmasına əsaslanaraq münasibət bildirmək olmaz. Tədqiq olunmalı, binaya baxılmalıdır. Paslanma materialın içinə də sirayət edibsə, deməli, artıq binanın aşma təhlükəsi var. İndi olmasa da, gələcəkdə hansısa təkanla aşa bilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bildirib.
