Bakıda mayın 7-də 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan məlumatla bağlı bəzi detallar ortaya çıxıb.
Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.
Lakin istintaqın gedişatı zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Məlum olub ki, Fərman Hüseynov və Hidayət Cəfərov arasında mübahisə yaranıb. Bu zaman Fərman Hüseynovun oğlu araya girərək Hidayət Cəfərovu vurub.