BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikintisi dayandırılan bina ilə bağlı rəsmi cavab - Nəsimi RİH inşaat şirkətinin rəhbərinin yalanını üzə çıxardı: “18 ildir, tikinti dayanıb”

Xəbər verdiyimiz kimi, Nəsimi rayonunda “3-cü mikrorayon bazarı” adlandırılan ərazidə uzun müddətdir, tikintisi dayandırılan dəmir konstruksiyalı binanın korroziyaya uğradığı iddia edilir. Vətəndaşlar binanın aşma ehtimalından narahatdırlar.

 

Fövqəladə Hallar Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti Pravda.az-ın məsələ ilə bağlı göndərdiyi sorğunu cavablandırıb.

 

FHN-dən saytımıza verilən açıqlamada bildirilib ki, sözügedən binanın təhlükəli olub-olmadığı barədə Nəsimi Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi FHN-ə, yaxud aidiyyəti üzrə bu məsələyə baxan digər quruma rəsmi şəkildə yazılı məktub ünvanlamalıdır: “Yalnız bu halda FHN tədbir görə bilər”.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin isə açıqlaması belə olub: “Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığınız məktubunuz baxılması üçün Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə gündərilib. Bildiririk ki, sözügedən binanın tikintisi 18 ildir, dayanıb. Tikintinin dayanması barədə bizdə hər hansı məlumat yoxdur. Xahiş edirik nəzərə alasınız”.

 

Göründüyü kimi, dövlət qurumları bina ilə bağlı ətraflı məlumat vermir.

 

Qeyd: Nəsimi RİH-in açıqlamasında “18 il” ifadəsi sosial şəbəkələrdə vətəndaşların sözləri ilə üst-üstə düşsə də, binanın sifarişçisi “EL.SƏ.Nİ” MMC-nin təsisçisi, “CAMİ” MMC-nin direktoru Nizami Gözəlovun verdiyi açıqlamaya tamamilə ziddir. Belə ki, N.Gözəlov bir neçə gün öncə saytımıza göndərdiyi mövqedə söylənilənləri təkzib edərək belə demişdi: “Tikinti işləri 2019-cu ilin əvvəlində hüquqi məsələlərlə əlaqədar - sifarişçi yerli şirkətin adı çəkilən bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini, eləcə də təsisçi qarşısında şirkətin nizamnaməsindən və qanunvericilikdən irəli gələn öhdəliklərini pozması səbəbindən müvəqqəti olaraq dayandırılıb”.

 

Aytəkin Qardaşova

Tarix: 17 May 2023, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin