"Həyat yoldaşım sağdır. 83 yaşı var. Məndən 9 yaş böyükdür. Türkiyədən qayıdanda mənə zəng vurdu. Söylədi ki, gəlmişəm, Bakıdayam. İş adamı idi. O, hazırda İsmayıllıdadır. Mən orada yox, Bakıda yaşayırdım. 10 il birlikdə yaşadıq".
Pravda.az Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu aparıcı Elgiz Əkbərin "YouTube" layihəsində deyib.
Birinci ərini sevmədiyini dilə gətirən aktrisa bildirib ki, ikinci əri ilə ayrılmasına səbəb qısqanclıq olub:
"Ayrılmağımıza səbəb qısqanclıq oldu. Onu çox qısqanırdım. O da məni. Deyirdi ki, teatrdan çıx. Hər ikimizin bir-birimizə hörməti var. Həyatda insan bir dəfə sevər. Mən bir dəfə sevmişəm, o da ikinci oğlum Ayazın atası olub. İlk ərimi isə sevməmişəm.
Bəzən olur ki, insan sevə-sevə ayrılır. Müəyyən şeylər baş verir ki, bağışlaya bilmirsən. Ayrılmışam, belə yaxşıdır. Mənə ər lazım deyil. Elə şeylər var ki, onları danışa bilmirəm. Nələr, nələr yaşandı...