BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alveri ilə məşğul olan qadın Ali Məhkəməyə müraciət etdi

Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənara apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Sevinc Durmuşovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 24-nə təyin edilib.

 

Kassasiya şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Sevinc Durmuşova verilmiş maddələrlə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Bir qrup qadının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında Sevinc Durmuşovanın barəsində cinayət işi başlanıb. S.Durmuşovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham verilib.

 

Kamal Məmmədov

Tarix: 22 May 2023, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin