Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Özünü qatarın altına atan şəxs ölüb

861
Paylaş:
Özünü qatarın altına atan şəxs ölüb

Mayın 23-də saat 11:50 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

Pravda.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisə aidiyyəti üzrə araşdırılır.

Paylaş:

Ən son xəbərlər