Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

694
Paylaş:
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Ötən il dekabrın 12-si Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

İbtidai istintaqla 2003-cü il təvəllüdlü Murad Kazımovun aralarında yaranmış mübahisə zamanı tanışı Mahir Allahverdiyevə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad Kazımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:

Ən son xəbərlər