Neftçalada yanğın baş verib.
Neftçalada güclü yanğın: Birmərtəbəli ev külə döndü
Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, rayonunun Xıllı qəsəbəsində baş vermiş yanğın zamanı ümumi sahəsi 80 m² olan birmərtəbəli, qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.