Bu gün mart ayının 14-də elan olunmuş xüsusi karantin rejiminin birinci hissəsi başa çatdı və nazirlər kabineti yanında yaradılmış operativ qərargahın qəbul etdiyi qərara uyğun olaraq, may ayının 4-ə qədər uzadıldı. Ötən müddət ərzində, pandemiyanın yayılmasının qarşısının alınması və digər tədbirlərlə bağlı hökumətin gördüyü işlərə bir daha nəzər salmaq yerinə düşər.
-Ölkə Başçısının tapşırığı ilə nazirlər kabineti yanında operativ qərargah yaradıldı və fəaliyyət planı hazırlandı.
-Milli Məclisdə pandemiya ilə effektiv mübarizə aparmaq üçün müvafiq qanunvericilik aktları qəbul olundu.
-Ümumdünya Səhiyyə təşkilatı və virusun ilkin peyda olduğu ölkə, Çinlə sıx təmaslar quruldu.
-Qısa zaman kəsiyində xarici ölkələrdən süni nəfəs alma aparatları, testlər, maskalar və digər avadanlıqlar gətirildi.
-Ölkədə ilk dəfə olaraq yerli maska istehsalı müəssisəsi yaradıldı.
-Respublika üzrə karantin xəstəxanaları müəyyənləşdirildi, sərhəd bölgələrində müvəqqəti səyyar karantin zonaları yaradıldı.
-575 çarpayılıq Yeni klinika istifadəyə verildi.
-Bakı şəhərində və reqionlarda 10 ədəd modul tipli xəstəxanaların inşasına başlanıldı.
- Cənab Prezidentin təşəbbüsü ilə koronovirusla mübarizəyə dəstək fond yaradıldı. Özü və 1-ci xanım bir illik əmək haqqlarını fonda bağışladılar.Xalqın bir çox nümayəndələri həmrəylik nümayiş etdirməklə,110 milyondan çox vəsait toplandı.
- Azərbaycanın 1-ci vitse-Prezidenti iki dəfə xalqa müraciət etdi və rəhbərlik etdiyi Heydər Əliyev fondu vasitəsilə respublikanın bütün şəhər və rayonlarında imkansız ailələrə ərzaq yardımlarının çatdırılmasını təşkil etdi.
- Dövlət Başçısının çağırışına cavab olaraq bir imkanlı şəxslər, (bir çoxları reklam etmədən) aztəminatlı həssas ailələrə yardım göstərdilər.
- İş yerlərini itirmiş və yaxud imkansız ailələrə dövlət dəstəyinin zərər çəkmiş biznes strukturlarına dövlət dəstəyinin göstərilməsi.
- imkansız tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi.
-Elektrik enerjisindən istifadəyə görə limit artırıldı.