Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Pravda.az- bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.
Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.