BURADA REKLAMINIZ OLA
BİLƏR

Rus bölməsinə qəbulda "UNİKAL" yoxlama üsulları... - VİDEO

6-7 yaşlı uşaqlara rus dilindən başqa hər  sahəyə aid suallar verilir. Onların məntiqi, astronomiyaya aid biliyi yoxlanılır.

 

Xezerxeber.az xəbər verir ki, belə  bir  iddia  ilə övladlarını rus  bölməsində oxutmaq  istəyən valideynlər  çıxış  ediblər.

 

Onların sözlərinə görə, orta məktəbə təzə başlayacaq azyaşlılara bir çox mövzuda,qarışıq  sualların ünvanlanması düzgün deyil.

 

Valideynlərdən biri deyir ki, 5 il Rusiyada yaşadığından indi övladının rus dilində təhsil almasını istəyir.

 

Müsahibim bildirir ki, rus bölməsində təhsil alacaq  azyaşlılardan daha çox dil bacarıqları ilə bağlı suallar soruşulmalıdır:

 

Bu zaman belə bir sual yaranır?. Rus bölməsində oxumaq üçün göstəriciləri yetərli hesab edilməyən, yəni zəif bir  şagirdin Azərbaycan bölməsinə göndərilməsi nə qədər düzgündür?

 

“Xəzər Xəbər” valideynləri həm düşündürən, həm də güldürən bu bu sualları kimin tərtib etdiyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.

 

Məlum oldu ki, şagird adını qazanmaq istəyən birincilər üçün meyarlar ümumi ölkə  üzrə vahid formada hazırlanır. Sualların hazırlanmasına isə Elm və Təhsil  Nazirlliyi nəzarət edir.

 

Nazirlikdən  isə sorğuya cavab ala bilinməyib.

 

 

 

Tarix: 7 İyun 2023, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin