BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə YENİ QƏRAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

 

Pravda.az-ın “Qafqazinfo”-ya istinadən xəbərinə görə, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib.

 

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

 

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

 

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

 

Tarix: 8 İyun 2023, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin