Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov və millət vəkili Elmira Axundova arasında qalmaqal yaşanıb.
Spikerlə deputat arasında gərginlik - "İclası mən idarə edirəm"
Pravda.az xəbər verir ki, hadisə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələnin müzakirəsi zamanı yaşanıb.
Belə ki, müzakirə zamanı millət vəkili Elmira Axundova çıxışını yekunlaşdırdıqdan sonra bəzi həmkarları müzakirələrin dayandırılmasını tələb ediblər. Bu zaman E.Axundova deyib ki, imkan verin, məsələ müzakirə olunsun. Bu zaman Spiker Oqtay Əsədov E.Axundovaya irad bildirib: “Özün danışıb, özün idarə etmirsən. İclası sən idarə etmirsən. Burada iclası mən idarə edirəm”.