Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Mqer Qriqoryan: Arazdəyən-Horadiz dəmiryolu xəttinin açılması ilə bağlı Azərbaycanla mühüm razılıq var

742
Paylaş:
Mqer Qriqoryan: Arazdəyən-Horadiz dəmiryolu xəttinin açılması ilə bağlı Azərbaycanla mühüm razılıq var

Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub.

Bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

Qriqoryan qeyd edib ki, bu, artıq konkret razılaşmadır və tərəflərə işlərin hansı istiqamətdə görüləcəyi aydındır.

"Həmçinin, hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır", o deyib./APA

Paylaş:

Ən son xəbərlər