"Rəqabət yaxşıdır. Öz dövrümdə nömrə bir idim, elə də qalmışam. Məndən sonra elə prodüser olmayıb ki, gündəmi zəbt etsin: müğənnilərlə qalmaqalı olsun. Şou-biznesin mərkəzində olmuşam. Kənarda əlimdə çanta və disk gəzməmişəm". Axşam.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Özəl" verilişində deyib. O, şou-biznesdəki prodüser qıtlığından danışıb.
"Prodakşın Nadir Qafarzadəyə pul da qoydu, amma heç nə olmadı"
"Azərbaycanda prodüserlər yox dərəcəsindədir. Olanları prodüser kimi görmürəm. Çünki onların fikri müğənnini toya aparıb, faizini, 100 manatını almaqdır. Hamı özünə prodüser deyir. Heç prodüser sözünün "p" hərfini bilməyənlər bundan danışır. Nadir Qafarzadə Rusiyaya getdi, prodakşın onun üstünə pul da qoydu, adını da dəyişdi. Amma heç nə olmadı" deyə, Tolik əlavə edib.