Azərbaycan BMT Baş Assambleyasının gender bərabərliyi ilə bağlı kampaniyasına qoşulub.
Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.
Sözçü bildirib ki, kampaniya BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və BMT-nin Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahousun birgə təşəbbüsü ilə həyata keçirilir.