ADNSU ilə Vorvik Universiteti “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə İkili Diplom Proqramına start verildi
“Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında magistratura təhsil pilləsində İkili Diplom Proqramına start verilidi.
Bu proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.
Başqa sözlə, İngiltərəyə getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu ikili diplom proqramının əsas məqsədi bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanmasıdır.
Fəaliyyəti, tamamilə, dövlət hesabına təmin ediləcək proqram çərçivəsində Azərbaycan təhsili üçün yeni imkanlar açacaq Tədris Proqramı 2024 QS dünya universitetləri reytinq cədvəlində 67-ci yerdə olan Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə reallaşacaq.
Proqram “Warwick Manufacturing Group” (WMG) tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir.