Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda qadın keçmiş sevgilisinin maşınını yararsız hala saldı

851
Paylaş:
Bakıda qadın keçmiş sevgilisinin maşınını yararsız hala saldı

Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında Hövsanda baş verən insidentlə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.

Araşdırmalarla məlum olub ki, 1983-ci il təvəllüdlü qadın dörd il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan “Mercedes-Benz” markalı avtomobilin ön və yan şüşəsini küt alətlə sındıraraq ehtiyat hissələrini yarasız hala salıb.

Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər