Bakı metrosunun “Əhmədli” stansiyasında polislə sərnişinlər arasında insident yaşanıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, insident iyulun 5-də metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər.