Bakının Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Pravda.az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.