Son dövrlərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən şəxslərin (mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər və digərləri) mənzillərdə sayğac quraşdırılmasına görə mülkiyyətçilərdən ödəniş tələb etməsi halları barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayında artım müşahidə edilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, müraciətlər araşdırılan zaman şikayət və ərizələrdə mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ilə alıcılar arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına dair ödənişlər barədə tələblərin yer alması müəyyən edilib.