"Agentliyiniz tərəfindən yayılan məlumatların heç bir əsası yoxdur".
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi distributoru iddialara münasibət bildirdi
Bu barədə Pravda.az-a “Avtokapital-Azərbaycan” MMC-dən bildirilib.
"Uzun illər “Mercedes-Benz”in Azərbaycanda rəsmi distributoru olmaqla, işimizi son dərəcə şəffaf həyata keçiririk. Bu, çoxsaylı auditlər, o cümlədən xarici tərəfdaşlar tərəfindən öz təsdiqini tapıb", – şirkətdən verilən məlumatda qeyd olunub.