2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının vasitəçiliyi altında keçirilən sammitlərdə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı verdiyi bəyanatda bildirilir.