Paytaxtda, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə koronavirus pandemiyasına yoluxma statistikası məlum olub.
Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Bakının rayonlarından ən yüksək nəticə Yasamaldadır:
“Bu rəqəm 22,65 faiz təşkil edir. Sabunçu rayonunda 12,2 faiz, Nərimanov rayonunda 6,27 faiz, Xətai rayonunda 5,81 faiz, Abşeron rayonunda 5,69 faiz, Nizami və Suraxanı rayonlarında 5,11 faiz, Binəqədi rayonunda 11,27 faiz, Nəsimi rayonunda 11,15 faiz, Xəzər rayonunda 4,53 faiz, Sumqayıtda 3,72 faizdir”.
“Qaradağ rayonu 3,02 faiz, Səbail 2,26 faiz, Pirallahıda 0,93 faiz təşkil edir”, - deyə sədr qeyd edib.