Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Elnur Allahverdiyev: “Dövlətimizin maraqları bu istiqamətdəki fəaliyyətimin prioritet hədəfi olacaq”

1 505
Paylaş:
Elnur Allahverdiyev: “Dövlətimizin maraqları bu istiqamətdəki fəaliyyətimin prioritet hədəfi olacaq”

“Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçildim. Göstərilən bu böyük etimada görə Milli Məclisin rəhbərliyinə və həmkarlarıma hədsiz təşəkkürümü bildirirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Elnur Allahverdiyev deyib.

“Var gücümlə çalışacağam ki, zəngin parlamentarizm ənənələrimiz və ölkəmizin reallıqlarının Çexiya ictimaiyyətinə çatdırılmasında töhfəm olsun. Hörmətli seçicilərim, əmin ola bilərsiniz ki, dövlətimizin və xalqımızın maraqları bu istiqamətdəki fəaliyyətimin prioritet hədəfi olacaq. Biz birlikdə güclüyük” – E.Allahverdiyev qeyd edib.

Paylaş:

Ən son xəbərlər